Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi talassemiyalı və hemofiliyalı uşaqlara qan vermişdir

27 İyun 2008, 00:00

Hər il olduğu kimi, bu il də Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov başda olmaqla Nazirliyin kollektivi “Savab Dünyası” Talassemiya Cəmiyyətinin həyata keçirdiyi aksiyaya qoşularaq talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlara qan vermişlər.
Tədbirdə Baş həkim İlhamə Zeynalova, həkim Samirə Kazımova, laborant-feldşer Qızxanım Qənbərova, cərrah-tibb bacıları Sahibə Xəlilova və Adilə İsgəndərova, qeydiyyatçı Könül Vəliyevadan ibarət Azərbaycan Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankının qayğıkeş kollektivi iştirak edirdi.
Bu gün “Savab dünyası” Talassemiya Assosiasiyasının qeydiyyatında 600 nəfərdən çox xəstə uşaq var.
Talassemiyalı uşaqları yaşatmaq, qayğısına qalmaq və daim diqqət mərkəzində saxlamaq hər birimizin borcudur. Səhhəti imkan verən hər kəsi bu aksiyaya qoşularaq donor olmağa çağırırıq.

Fotolar