Xəbərlər

İyunun 22-si axşamdan başlayaraq 23-ü səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava

23 İyun 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə əvvəlcədən xəbər verildiyi kimi iyunun 22-si axşamdan başlayaraq 23-ü səhərədək şimaldan hərəkət edən atmosfer cəbhələrinin ölkə ərazisindən keçməsi nəticəsində hava şəraiti qeyri-sabit keçmiş, şimşək çaxmış, yağış yağmış, bəzi yerlərdə leysan xarakterli olmuşdur.
Ən çox düşən yağıntının miqdarı: Qəbələdə 39.0 mm (aylıq normanın 35%-i), İsmayıllıda 36.0 mm, Göy-Göldə 32.0 mm (aylıq normanın 26%-i), Şəkidə 29.0 mm (aylıq normanın 29%-i), Oğuzda 27.0 mm (aylıq normanın 23%-i), Kirəndə (Tovuzda) 25.0 mm, Göytəpədə 19.0 mm (aylıq normanın 66%-i), Qubada 19.0 mm (aylıq normanın 40%-i), Cəfərxanda 18.0 mm (aylıq normanın 69%-i), Şamaxıda 18.0 mm (aylıq normanın 29%-i), Yardımlıda 17.0 mm (aylıq normanın 37%-i), Zərdabda 16.0 mm (aylıq normanın 67%-i), Gədəbəydə 15.0 mm (aylıq normanın 12%-i,), Beyləqanda 12.0 mm (aylıq normanın 44%-i), Salyanda 14.0 mm təşkil etmişdir.
Bərdə, Gəncə və Sabirabadda 13.0 mm, Mingəçevir, Daşkəsən və Mərəzədə 11.0 mm, Yevlax, Tərtər, Qazıməmməd və Biləsuvarda 10.0 mm, İmişli və Şəmkirdə 9.0 mm, Kürdəmirdə 8.0 mm, Neftçala və Xaçmazda 7.0 mm, Kəlvəzdə 5.0 mm, Astarada 4.0 mm, Zaqatalada 3.0 mm, Lerik və Ağstafada 2.0 mm, Lənkəranda 1.0 mm yağıntı qeydə alınmışdır.
Bakıda 4.0 mm (aylıq normanın 40%-i), Biləcəridə 4.0 mm, Sumqayıt və Maştağada 3.0 mm, Binədə 2.0 mm yağış müşahidə olunmuşdur.
Külək: Şimal-qərb küləyi Mingəçevirdə 26 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunuda 15-19 m/s-dək güclənmişdir.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatmışdır.
Temperatur: Aran rayonlarında 27-33 dərəcə, dağlıq rayonlarda 15-22 dərəcə, Abşeron yarımadasında isə 28-31 dərəcə isti olmuşdur.
PROQNOZ
İyunun 24-də havanın temperaturu Bakıda gündüz 22-26 dərəcə, aran rayonlarında 25-30 dərəcə, dağlarda 14-19 dərəcə isti olacaq. İyunun 25-də isə ölkə ərazisində səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, rayonlarda əsasən gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir.
İyunun 25-də gündüzdən hava şəraitinin sabitləşəcəyi, həftənin ikinci yarısından etibarən (iyunun 26-dan 29-dək) temperaturların 4-5 dərəcə yüksələcəyi, Bakıda gündüz 32-35 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında əsas biometeoroloji amillərin zəif və mülayim tərəddüdləri gözlənilir. Meteoroloji şərait əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.