Xəbərlər

İyunun 18-19-da ölkə ərazisində müşahidə edilən faktiki hava

19 İyun 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə əvvəlcədən xəbər verildiyi kimi iyunun 18-də axşam və 18-dən 19-na keçən gecə, eləcə də səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçmiş, şimşək çaxmış, yağış yağmış, bəzi yerlərdə leysan xarakterli intensiv olmuşdur.
Ən çox düşən yağıntının miqdarı: Cəfərxanda 49.0 mm (aylıq normanın 188 %-i), Sabirabadda 20.0 mm (aylıq normanın 105 %-i), Şamaxıda 18.0 mm (aylıq normanın 29 %-i), Altıağacda 13mm (aylıq normanın 20 %-i), Göyçayda 13 mm (aylıq normanın 34 %-i), Göy-Göldə 13.0 mm (aylıq normanın 14 %-i) təşkil etmişdir.
Kürdəmirdə 11.0 mm, Ağcabədi və Mərəzədə 9.0 mm, Gədəbəydə 8.0 mm, Quba və Beyləqanda 7.0 mm, Biləsuvarda 4.0 mm, İmişli, Gəncə və Şəmkirdə 2.0 mm, Qazıməmməddə 1.0 mm, Oğuzda 0.7 mm, Daşkəsəndə 0.4 mm, Zaqatala, Şəki və Xaçmazda isə 0.3 mm yağıntı müşahidə edilmişdir.
Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli az yağış qeydə alınmışdır.
Külək: Şimal-qərb küləyi Cəfərxanda 25 m/s, Neftçala, İmişli və Sabirabadda 20 m/s, Ağstafa və Göyçayda 18 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 20-28 m/s-dək güclənmişdir.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4 metrə çatmışdır.
Temperatur: Aran rayonlarında 25-33 dərəcə, dağlıq rayonlarda 15-19 dərəcə, Abşeron yarımadasında isə 24-26 dərəcə isti olmuşdur.

Tibbi-meteoroloji proqnoz

İyunun 20-dən həftənin sonunadək Abşeron yarımadasında əsas biometeoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, 21-də və 22-də alçaq atmosfer təzyiqi və temperaturların ötən günlərə nisbətən 3-4 dərəcə yüksəlməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.