Transsərhəd çaylarda aparılan monitorinqin nəticələri (iyun ayının I ongünlüyü üçün)
17 İyun 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti mütəmadi olaraq Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə hər ay 3 dəfə olmaqla monitorinqlər həyata keçirir. Departamentin əməkdaşları qonşu ölkələrin ərazisində yüksək çirklənməyə məruz qalmış Kür və Araz çayları, həmçinin onların transsərhəd qollarında iyun ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişlər. Monitorinqin nəticələri aşağıdakı cədvəldə öz əksini tapmışdır.
Cədvəldən göründüyü kimi, Kür çayının Gürcüstanla həmsərhəd Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 9, neft və neft məhsulları 1,4 dəfə, Ağstafaçayda fenollar 3, mis birləşmələri 5 dəfə, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 9, neft və neft məhsulları 1,2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Ermənistan respublikası ilə sərhəd zonasında olan Araz çayında mis birləşmələri və fenolların miqdarının yol verilən qatılıq həddindən 2-3 dəfə çox olduğu müəyyən edilmişdir.
İnqredi- yentlər | Ölçü vahidi | YVQH | Su obyektləri | |||||
Kür çayı Şıxlı-2 mən- təqəsi) | Araz çayı | Ağsta- façay | Ağsta- façay su anbarı | |||||
Hora- diz məntə- qəsi | I Şah- sevən məntə- qəsi | Bəhram- təpə məntə- qəsi | ||||||
Həll olmuş O2 | mq/l | 6 | 6,95 | 6,98 | 6,78 | 6,65 | 6,83 | 6,76 |
NH4 | mq/l | 0,39 | 0,257 | 0,15 | 0,15 | 0,14 | 0,039 | 0,091 |
Codluq | mq-ekv/l | 7,0 | 6,24 | 3,8 | 3,7 | 3,6 | 5,48 | 6,44 |
Kadmium Cd2+ | mkq/l | 5 | 0,2 | 0,0 | 0,0 | 0,0 | 0,2 | 0,3 |
Qurğuşun Pb2+ | mkq/l | 100 | 57 | 12 | 12 | 11 | 40 | 60 |
Neft məhsulları | mq/l | 0,05 | 0,07 | 0,05 | 0,05 | 0,05 | 0,05 | 0,06 |
Mis birləşmələri | mq/l | 0,001 | 0,009 | 0,002 | 0,001 | 0,0013 | 0,005 | 0,009 |
Fenollar | mq/l | 0,001 | 0,004 | 0,003 | 0,002 | 0,002 | 0,003 | 0,002 |