“Ətraf mühitin mühafizəsində gənc nəslin rolu”mövzusunda dəyirmi masa keçirilmişdir
09 İyun 2008, 00:00
“Ümümdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı orta məktəbdə “Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Ş.Rəsulov açaraq son illərdə rəhbərlik etdiyi məktəbin müəllim və şagirdlərinin dünyanın 120 ölkəsi ilə təcrübə mübadiləsi aparması, müxtəlif beynəlxalq ekoloji layihə müsabiqələrinin iştirakçısı olması və belə tədbirlərdə qaliblər sırasına çıxaraq mükafatlara, diplomlara layiq görülməsi barədə dəyirmi masa iştirakçılarına geniş məlumat vermişdir.
Dəyirmi masada iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji təbliğat şöbəsinin sektor müdiri Ş.Bəkirov çıxış edərək 5 iyun “Ümümdünya ətraf mühitin mühafizəsi günü”nün tarixi, ölkəmizdə bu günlə bağlı keçirilən tədbirlər barədə dəyirmi masa iştirakçılarına ətraflı məlumat vermiş, o cümlədən məktəb şagirdlərinin çoxsaylı beynəlxalq ekoloji müsabiqələrdə fəal iştirakını təqdirəlayiq hal kimi qiymətləndirmişdir.
Tədbirdə iştirak edən ekoloji müsabiqələrin təşkilatçı və iştirakçıları olan məktəbin müəllim və şagirdləri öz çıxışlarında gördükləri işlər barədə məlumat xarakterli məruzələr etmişlər.
Tədbirin sonunda gələcəkdə də dünyada baş verən ekoloji proseslərin izlənilməsi, beynəlxalq ekoloji müsabiqələrə qatılan zaman internet resurslarından istifadəyə daha geniş şəraitin yaradılması məqsədilə ETSN tərəfindən 1 ədəd kompüter dəsti məktəbin müəllim və şagird kollektivinə hədiyyə verilmişdir.