5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günüdür
05 İyun 2008, 00:00
XIX əsrin sonlarından başlayan elmi”“texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özünə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar.
Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar.
Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.
5 iyun 1972”“ci il tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Stokholm şəhərində keçirilən iclasında bu məsələ diqqət mərkəzində olmuş, problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar vermiş və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.
Ekoloji problemlərin ölkəmizdə həlli prosesində cəmiyyətin iştirakını təmin etmək məqsədilə Nazirlik müntəzəm olaraq ictimaiyyət, QHT nümayəndələri ilə, məktəbli və tələbələrlə maarifləndirici görüşlər, dəyirmi masalar, iməciliklər təşkil edir, fikir mübadiləsi aparır.
Keçən il olduğu kimi bu il də Nazirlik “Ekoloji mövzuda yazılmış ən yaxşı məqalələr və televerilişlər” üzrə Respublika jurnalistləri arasında növbəti müsabiqəni keçirməyi qərara alıb. Jurnalistlər və telereportyorlar ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanması, təbiətdən davamlı istifadənin təmin olunması, təbliğ edilməsi və əhalinin məlumatlandırılması məqsədi ilə ekoloji mövzuda yazdıqları məqalə və televerilişləri müsabiqə komissiyasına təqdim ediblər.
Nazirliyin ərazi Ekologiya və Təbii Sərvətlər şöbələri tərəfindən 5 iyun “Ümumdünya ətraf mühit günü”nü mütəşəkkil keçirmək məqsədilə tədbirlər planı hazırlanmış və müvafiq olaraq görülən işlərin həcmini müəyyənləşdirmək üçün şöbələrin xidməti ərazisində fəaliyyət göstərən şəhər və rayonların, kənd və qəsəbələrin, aidiyyəti təşkilatların, həmçinin, icra, bələdiyyə strukturlarının, kommunal, mənzil, yaşıllaşdırma təsərrüfatlarının nümayəndələri ilə görüşlər keçirilmiş, ictimaiyyətlə birgə iməciliklər təşkil olunmuş, yaşıllıqlara qulluq edilmiş, o cümlədən, bir sıra ərazilər məişət tullantılarından təmizlənmişdir.