İşğal olunmuş ərazilərdə törədilən yanğınlar nəticəsində ətraf mühitə ziyan dəyib
03 İyun 2008, 00:00
Son günlər ermənilər tərəfindən Ağdam və Füzuli rayonlarının işğal altında olan ərazilərində törədilmiş yanğınlar nəticəsində ətraf mühitə ziyan dəymişdir.
27 may 2008-ci il tarixində Ağdam rayonunun işğal altında olan Soltanlı, Nəmirli, Novruzlu, Sarıcalı kəndlərində 20 hektardan çox ərazidə erməni işğalçıları tərəfindən yanğınlar törədilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağdam rayon Ekologiya və Təbii Sərvətlər şöbəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar zamanı torpağın üst münbit qatının yanması nəticəsində ətraf mühitə 22000, bitki örtüyünə 2200, atmosfer havasına isə 1084 manat ziyan dəydiyi müəyyənləşdirilmişdir.
Ümumilikdə, Ağdam rayonu üzrə ətraf mühitə 25284 manat ziyan vurulmuşdur.
30 may 2008-ci il tarixində Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan və Horadiz kəndlərində ermənilər tərəfindən törədilən yanğınlar zamanı 120 hektar sahədə bitki örtüyü və torpağın üst münbit qatı tamamilə yanmış, atmosferə xeyli miqdarda zərərli maddələr atılmış və ərazidəki fauna növləri yanaraq məhv olmuşdur. Belə ki, mütəxəssislərin hesablamalarına görə təbii otlaq sahələrinin və torpağın üst münbit qatının yanması nəticəsində ətraf mühitə 13200, atmosfer havasına 318 manat ziyan dəymişdir.
Ümumilikdə, Füzuli rayonunda törədilmiş yanğınlar nəticəsində ətraf mühitə 13518 manat ziyan dəydiyi müəyyən edilmişdir.