Xəbərlər

Beynəlxalq ekoloji forum keçirilir

03 İyun 2008, 00:00

Qazaxıstan hökumətinin təşəbbüsü ilə 2008-ci ilin 3-5 iyun tarixlərində Astana şəhərində “Avrasiya qitəsinin davamlı inkişafı” üzrə 1-ci Beynəlxalq Forum keçirilir. Forumda əsasən əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, deqradasiyaya məruz qalmış torpaqların bərpası məqsədilə onlardan davamlı istifadə, enerjinin qeyri-ənənəvi mənbələrinin aşkara çıxarılması və istifadəsi, strateji resurs baxımından su ilə bağlı problemlər ətrafında müzakirələr aparılacaqdır.

Forumda Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov iştirak edir.