Xəbərlər

Respublikanın çaylarında və tranzit çaylarda mövcud vəziyyət

27 May 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Respublikanın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normaya yaxın və bir qədəq çox olmaqla normanın 90-120 %-ni təşkil edir. Digər çaylarda isə normadan aşağı sululuq müşahidə edilir. Belə ki, Quba-Xaçmaz bölgəsi çaylarında sululuq normanın 50-90%-ni, Kiçik Qafqaz, Naxçıvan MR-sı və Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 30-50%-ni təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Hal hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım ongünlük normanın 75 %-i olmaqla 522 m3/san təşkil edir. (2007-ci ildə isə axım ongünlük normanın 91%-i olmaqla 633 m3/san təşkil edirdi).
Qanıx çayından Mingəçevir su anbarına axım isə ongünlük normanın 58%-i olmaqla 115 m3/san təşkil edir. (2007-ci ildə axım ongünlük normanın 100 %-i olmaqla 199 m3/san təşkil edirdi).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mingəçevir və Araz su anbarlarından buraxılan suyun tənzimlənməsi ilə əlaqədar Kür çayının aşağı axınındakı səviyyələrdə azalma müşahidə olunmaqdadır. Belə ki, son on gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 80 sm, Şirvanda 94 sm, Salyanda 112 sm, Bankədə 112 sm, Araz çayının Novruzlu məntəqəsində isə 48 sm azalma müşahidə olunmuşdur. Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 380 sm (2007-ci ildə 822 sm), Şirvanda 288 sm (2007-ci ildə 768 sm), Salyanda 168 sm (2007- ci ildə 603 sm), Bankədə 277 sm (2007-ci ildə 487 sm) Araz-Novruzluda 125 sm (2007-ci ildə 573 sm) təşkil edir.