22 may Beynəlxalq Biomüxtəliflik günü “Biomüxtəliflik və Kənd Təsərrüfatı” mövzusu altında qeyd edildi
22 May 2008, 00:00
Dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə 1992”“ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulmuş Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000”“ci ildə qoşulmuşdur.
Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq ötən dövr ərzində Respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilmiş, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılmış, xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
2008-ci il 22 may tarixində “Beynəlxalq Biomüxtəliflik Günü” nün qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin, Qeyri Hökümət Təşkilatlarının, Nazirliyin müvafiq struktur bölmələrinin və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
Qeyd edək ki, cari ildə “Beynəlxalq Biomüxtəliflik günü” bütün dünyada “Biomüxtəliflik və Kənd Təsərrüfatı” mövzusu altında qeyd edilir.
Seminar-müşavirədə Respublikamızın ərazisində bioloji müxtəliflik sahəsində mövcud problemlər ”“ Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının II nəşrinin hazırlanması, quşlar və məməli heyvan növlərinin sayğısı metodlarının təkmilləşdirilməsi, biomüxtəliflik sahəsində fəaliyyət göstərən bəzi Konvensiyaların ölkəmiz tərəfindən ratifikasiya edilməsi, sözügedən sahələrin inkişaf etdirlməsi məqsədilə beynəlxalq təşkilatlar tərəfindən dəstək göstərilməsi, eləcə də, nazirliyin və ictimaiyyətin üzərinə düşən vəzifələr barədə müzakirələr və fikir mübadiləsi aparılmışdır.
Seminarın sonunda müvafiq təklif, rəy və müzakirələrin nəticələrinin yekunlaşdırılaraq, “Bioloi Müxtəliflik haqqında” Konvensiyanın Baş Katibliyinə göndərilməsi nəzərdə tutulmuşdur.