Xəbərlər

“Heydər zirvəsi”nə yürüş

12 May 2008, 00:00

10 may 2008-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə təşkil etdiyi yürüşə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra əməkdaşı da qoşulub. Yürüşçülər Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin barelyefinə gül dəstələri qoymuşlar.