“Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət” mövzusunda Konfrans keçirildi
06 May 2008, 00:00
Ekologiya sahəsində misilsiz xidmətləri olan ümummilli lider H.Əliyevin anadan olmasının 85 illiyi münasibətilə 2008-ci il 06 may tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət etmişlər. Daha sonra “Hyatt Regency” mehmanxanasının “Quba” zalında “Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət” mövzusunda konfrans keçirilmişdir. Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov konfransı giriş şözü ilə açdıqdan sonra Ulu öndər H.Əliyevə həsr edilmiş video film nümayiş etdirilmişdir.
Filmin nümayişindən sonra H.Bağırov “Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət”, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya məsələləri daimi Komissiyasının sədr müavini Elton Məmmədov “Heydər Əliyev və ekoloji qanunvericilik”, Nazirliyin əməkdaşı Solmaz Məmmədova isə “Heydər Əliyev ideyaları uğurla davam etdirilir” mövzularında məruzə və çıxışlar etmişlər.
Tədbirin sonunda bioloji müxtəlifliyin qorunub saxlanılması, artırılması, bərpası və davamlı istifadəsi ideyalarını cəmiyyətdə, xüsusilə yetişməkdə olan gənc nəslin nümayəndələri arasında geniş təbliğ etmək məqsədilə ümummilli lider H.Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Bioloji müxtəlifliyimizi gələcək nəsillər üçün qoruyaq” mövzusunda yeniyetmə və gənclər arasında keçirilən foto müsabiqənin qalibləri-orta məktəb şagirdləri Zaqatala şəhərində yaşayan Əliyev Məhəmməd çəkdiyi “Dan quşu” və digər fotoşəkillərə görə I mükafata, Lənkəran rayonunda yaşayan Hüseynov Şəhriyar çəkdiyi “Qamışlıq pişiyi” və digər fotoşəkillərə görə II mükafata, Sumqayıt şəhərində yaşayan Məmmədov İlham isə “Nəsli kəsilmiş quşları ovlamaq olmaz” fotoşəklinə görə III mükafata layiq görülmüşlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən davamlı istifadə olunması siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daha da uğurla davam etdirəcək, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, respublikamızda əhalinin sağlam ətraf mühitdə yaşamasının təmin edilməsində bütün imkanlarını səfərbər edəcəkdir.