“Heydər Əliyev irsinin tədqiqi və təbliği” mövzusunda konfrans-sərgi keçirildi
29 Aprel 2008, 00:00
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə “Heydər Əliyev irsinin tədqiqi və təbliği” mövzusunda konfrans-sərgi keçirildi. Ümummilli liderimiz Heydər Əliyev irsi haqqında yazılan 500-dən artıq kitabın yer aldığı sərgidə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov, Nazirliyin əməkdaşları və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri namizədi Aybəniz xanım Əliyeva bu işdə onlara dəstək verdiyinə görə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırova öz minnətdarlığını bildirdi.
Daha sonra, Aybəniz xanım 2003-cü ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının nəzdində “Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası”nın yaradılmasından söz açmış, elm xadimlərinin, alimlərin, yazıçıların, siyasətçilərin Heydər Əliyev haqqında yazdıqları 3500-dən çox əsərin sözügedən kitabxanada toplanması və hazırda bu kitabların elektron kataloqunun yaradılması barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov çıxış edərək, Azərbaycanın müstəqilliyini əbədi və dönməz edən, böyük siyasi təcrübəyə, zəngin dünyagörüşünə malik dahi insanın gördüyü əvəzolunmaz işlər barədə danışmış, eyni zamanda, bu kitabların Heydər Əliyev irsinin tədqiqatçıları üçün əvəzsiz mənbə olduğunu qeyd edərək, Nazirlikdə çalışan gənc mütəxəssisləri gələcək elmi işlərində bu mənbələrdən bəhrələnməyə çağırmışdır.
Tədbirin sonunda sərgiyə baxış keçirilmişdir.