Xəbərlər

Yaşıllıq əraziyə heç bir rəy verilməyib

25 Aprel 2008, 00:00

21.04.2008-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə telefon vasitəsilə Yasamal rayonu Şərifzadə küçəsi 2 ünvanda yaşıllıq ərazinin hasara alınaraq tikinti işləri aparılması və sözügedən yaşıllıq əraziyə Nazirlik tərəfindən rəy verilməsi barədə məlumat daxil olmuşdur. Məlumata əsasən, həmin ərazidə xidməti araşdırma işləri aparılmış və 17x26,6 m ölçüdə yaşıllıq ərazinin Yasamal rayon İcra Hakimiyyəti başçısının “Ofis-məişət xidməti obyektinin tikintisinə icazə verilməsi haqqında” 31.03.2008-ci il, 135 saylı sərəncamına uyğun olaraq vətəndaş M.Həşimova verildiyi müəyyən edilmişdir.
Qeyd olunan yaşıllıq əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarəsi tərəfindən hər hansı bir rəy verilməmişdir.
Aşkar olunmuş qanun pozuntusu faktı ilə əlaqədar əməkdaşlarımız tərəfindən tərtib edilmiş 21.04.2008-ci il tarixli 017601 saylı akta əsasən ərazidəki ağac və kol bitkiləri sayılaraq fiziki şəxs M.Həşimova təhvil verilmiş, eləcə də 23.04.2008-ci il tarixdə Bakı şəhər və Yasamal rayon İcra Hakimiyyətlərinə 09 saylı telefonoqramma göndərilərək yuxarıda qeyd olunan sərəncamın ləğv edilməsi və ərazinin ilkin vəziyyətinin bərpası üçün təcili tədbirlər görülməsi barədə məsələ qaldırılmışdır.