Xəbərlər

Sürüşmə zonası olan 110 m2-lik yaşıllıq ərazi nəzarətə götürülüb

24 Aprel 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ərazi Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları keçirdikləri reyd zamanı Səbail rayonu, Neftçilər prospekti 57 ünvanda yerləşən sürüşmə zonası olan 110 m2-lik yaşıllıq ərazinin Bakı Elektrik Şəbəkə tərəfindən yarımelektrik stansiyanın tikintisi məqsədilə hasara alındığı faktını aşkarlamışlar.
Faktla əlaqədar Departament tərəfindən Bakı şəhər və Səbail rayon İcra Hakmiyyətlərinə telefonoqrammalar göndərilmiş və sözügedən ünvanda hər hansı bir tikinti işinin aparılmasının məqsədəuyğun hesab edilmədiyi, həmin ərazidə hasarın sökülməsinin və ərazinin əvvəlki görkəminin bərpa olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi bildirilmişdir.
Ərazi nəzarətdə saxlanılır.