22 aprel Beynəlxalq “Yer günü” ilə əlaqədar 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində məktəblilərlə görüş keçirilmişdir
23 Aprel 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 22 aprel “Yer günü” ilə əlaqədar hazırlanan tədbirlər planına uyğun olaraq 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində məktəblilərlə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə mərkəzin direktoru R.Kazımov açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir. 51, 28, 15 və 201 saylı məktəblərin şagirdləri Azərbaycanın təbiətini əks etdirən şeirlər söyləmiş, mahnılar oxumuş və səhnəcik göstərmişlər.
Eyni zamanda, məktəblilər ətraf mühitin mühafizəsi, Ozon qatı, Azərbaycan və dünyada mövcud ekoloji problemlərlə bağlı məruzələrini söyləmişlər.
Tədbirdə çıxış edən Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru R.Mahmudov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsləhətçisi M.Nuriyeva məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı Nazirlik tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verməklə yanaşı, bu sahədə onların üzərinə düşən vəzifələr haqqında tövsiyələrini çatdırmışlar.
Nazirliyin nümayəndələri, eyni zamanda, dünyada baş verən qlobal ekoloji problemlər haqqında da məktəbliləri məlumatlandırmışlar.
Bundan başqa, Təhsil Nazirliyinin nümayəndələri R.Əliyev və M.Rzayeva çıxışlarında Azərbaycanın əsrarəngiz təbiətinin gələcək nəsillər üçün qorunub saxlanılması ilə yanaşı, ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlərdə gənclərin rolunu xüsusi qeyd edərək bu işlərdə onları daha fəal olmağa çağırmışlar.
Sonda məktəbliləri maraqlandıran suallar R.Mahmudov tərəfindən cavablandırılmışdır.