Xəbərlər

22 aprel-Beynəlxalq “Yer günü” ilə əlaqədar 264 saylı məktəbdə ekoloji problemlərə həsr olunmuş dəyirmi masa keçirildi

21 Aprel 2008, 00:00

Keçirilmə ənənələri XIX əsrin 40-cı illərinə təsadüf edən 22 aprel “Yer günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır. 2008-ci il 21 aprel tarixində Bakı şəhəri Xətai rayonunun 264 saylı məktəbində keçirilmiş dəyirmi masa da belə tədbirlər sırasındadır.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul işçiləri məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Fərman və Sərəncamlar haqqında, eləcə də Nazirlik tərəfindən bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verdilər. Eyni zamanda, məktəblilər ətraf mühitin mühafizəsi, ekoloji məsələlərlə bağlı fikir və mülahizələrini söylədilər.
Dəyirmi masada məktəbin şagirdlərinə bukletlər və kitab verilməklə yanaşı, onları maraqlandıran suallar Nazirliyin Ekoloji Təbliğat şöbəsinin, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin məsləhətçiləri tərəfindən cavablandırılmışdır.