Xəbərlər

1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 63 akt və 5 inzibati protokol tərtib edib

16 Aprel 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlı) qanunsuz olaraq meşə məhsullarının əldə olunması, daşınması və satışı hallarının qarşısını almaq məqsədi ilə keçirdiyi reydlər zamanı aşkar olunmuş qanun pozuntusu faktları ilə əlaqədar 63 akt və 5 inzibati protokol tərtib etmişdir.
Təbiətə vurulmuş ziyana görə 63 iş üzrə 16838,56 manat iddia qaldırılmış, aşkar olunmuş qanun pozuntularına görə təqsirkar şəxslər barəsində inzibati qaydada 5 iş üzrə 3575 manat cərimə tətbiq edilmişdir. Eyni zamanda, 262,5 m3 həcmində meşə materialı qanunsuz daşındığı üçün sənədləşdirilmişdir.
Astara rayon Burzbənd kənd sakini Y.Əliyevə məxsus 966 kq kömür və Lənkəran rayon Bürcəli kənd sakini X.Miriyevə məxsus 35,7 m3 işlik meşə materialı müsadirə edilərək aidiyyəti üzrə Lənkəran rayon Prokurorluğuna göndərilmişdir.
Faktla əlaqədar hazırda Lənkəran rayon Prokurorluğunda istintaq tədbirləri həyata keçirilir.