Xəbərlər

Qum-çınqıl karxanalarında qanun pozuntusu faktları aşkar olunmuşdur

11 Aprel 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə reydlər keçirilmişdir.
Reydlər zamanı Quba rayonu ərazisində fəaliyyət göstərən “Qala” fərdi müəssisəsində, “Asko LTD” şirkətində, “Azərproyekt tikinti” ASC-də, “Kənan Ko”, “Xanım”, “Elian Dor”, “Texmexanizasiya servis”, “Körpü-Bina-Tikinti”, “Nik” MMC-lərdə, eləcə də, fiziki şəxslər P.Mikayılova, G.Əliyevaya, Q.İsayevaya, F.Teymurovaya, G.Hüseynovaya, İ.Hacıyevə, Ə.Kürdova və N.Xıdırovaya məxsus qum-çınqıl karxanalarında yerin təkindən istifadə qaydalarının pozulması faktları aşkar olunmuşdur.
Bununla əlaqədar Nazirliyin aidiyyəti qurumu tərəfindən səlahiyyətləri daxilində qanunamüvafiq olaraq göstərilən müəssisələr və rəhbər şəxslər inzibati qaydada cərimələnmiş və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan "məcburi göstəriş"lər verilmişdir.
İmişli rayonunda fəaliyyət göstərən “AZE”, “Fərid” MMC-lərdə və “Bəhramtəpə çınqıl servis”ə məxsus qum-çınqıl karxanalarında, eləcə də Qaradağ rayonu Umbakı qəsəbəsində fəaliyyət göstərən “Azərinşaatservis” MMC-də “Yerin təki haqqında” Qanunun pozulması hallarına rast gəlinmiş və sözügedən obyektlər “İnzibati Xətalar Məcələsi”nə əsasən cərimələnmişlər.