Bakı şəhəri Xətai rayonu 64 saylı orta məktəbdə “Təbiəti qorumaq həyatı qorumaq deməkdir” mövzusunda bilik-istedad yarışı keçirilmişdir
05 Aprel 2008, 00:00
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər Kompleks Tədbirlər Planı”nın 6.3 “ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, tədris müəssisələrində ekoloji təhsilə daha geniş yer ayrılması və bu sahə üzrə kadrların hazırlanması” bəndinin icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyi Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə təşkilatçılığı ilə Xətai rayonunun 64 saylı orta məktəbində “Təbiəti qorumaq həyatı qorumaq deməkdir” mövzusunda bilik-istedad yarışı keçirilmişdir.
Tədbiri məktəbin direktoru R.Mehdiyev açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.
Yarışda iştirak edən məktəbin şagird heyəti “İmdad” və “Həyəcan” komandaları qismində 3 mərhələdə Azərbaycanın füsünkar təbiətini əks etdirən şeirlər demiş, mövcud olan ekoloji problemlər barədə məruzələr etmiş, səhnəciklər göstərmiş, viktorina keçirmişlər.
Tədbirin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbiəti Mühafizə Siyasəti şöbəsinin əməkdaşı A.İsgəndərov ölkəmizdəki ekoloji problemlərdən, Nazirliyin bu sahədə gördüyü işlərdən, transsərhəd çirklənməyə məruz qalan su hövzələri, ölkədə aparılan ekoloji siyasətin əsas istiqamətlərindən söhbət açmışdır.
Tədbirdə iştirak edən Təhsil Nazirliyinin nümayəndələri və Xətai İcra Hakimiyyətinin Təhsil Səhiyyə şöbəsinin müdiri ətraf mühitin mühafizəsinə yönəldilmiş tədbirlərdə gənclərin rolunu xüsusi qeyd edərək bu işdə onları daha fəal olmağa çağırmışlar.
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi, ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji problemlərin müzakirəsi, ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması, təbiətdən davamlı istifadənin təmin olunması məqsədilə gələcəkdə də respublikamızın məktəblərində belə tədbirlərin keçirilməsi nəzərdə tutulur.