Reydlər zamanı qanun pozuntuları aşkar olunub
02 Aprel 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt şəhərindəki 4 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları 2008-ci ilin mart ayı ərzində ətraf mühitin mühafizəsinə nəzarət məqsədilə keçirdikləri reydlər zamanı bir sıra qanun pozuntuları aşkar etmişlər.
Reydlər zamanı Sumqayıt şəhəri 39-cu məhəllə ərazisindəki dülgər sexində, eləcə də Xırdalan şəhəri ərazisində yerləşən “Azbentonit” LTD müəssisəsində ekoloji nöqsanlar aşkar olunmuş və onların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icra üçün konkret tələblərdən ibarət “məcburi göstərişlər” verilmişdir.
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi “Atatürk bağı”nda fiziki şəxs İ.Şahbazova məxsus çayxana ərazisində 4 ədəd çoxillik yaşköküstə şam ağaclarının hasara alınması faktı aşkar olunaraq sənədləşdirilmiş və obyektin sahibinə icra üçün “məcburi göstəriş” verilmişdir. Eyni zamanda, hasarın sökülməsi və ağacların azad olunması ilə əlaqədar iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət olunmuşdur.
Ceyranbatan qəsəbəsi 20 yanvar küçəsində aparılan araşdırma zamanı qeyri-qanuni köşkün qoyulması faktı da aşkar olunmuşdur. Köşkün götürülməsi üçün obyektin sahibi S.Vəliyevə icra üçün “məcburi göstəriş” verilmiş və faktla bağlı Ceyranbatan Bələdiyyəsinə məktub göndərilmişdir.
Mart ayı ərzində 39 müxtəlif təyinatlı kiçik həcmli fəaliyyət sahəsinə 14695 manat 47 qəpik ödənc haqqı tətbiq edilmiş, 2266 manat 50 qəpik vəsaitin isə ekoloji fonda ödənilməsi təmin olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti