Xəbərlər

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Göygöl Milli Parkının və Korçay Dövlət Təbiət Qoruğunun yaradılması haqqında sərəncamları

02 Aprel 2008, 00:00

Göygöl Milli Parkının yaradılması haqqında

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, təbii resursların səmərəli istifadə edilməsi, ekoturizmin inkişaf etdirilməsi və respublikanın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə qərara alıram:
1. Göygöl dövlət qoruğunun və Azərbaycan Respublikasının Xanlar, Daşkəsən və Goranboy rayonları inzibati ərazilərinin əlavə olunan xəritədə göstərilmiş 12755 hektarlıq sahəsində Azərbaycan Respublikasının Göygöl Milli Parkı yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Korçay Dövlət Təbiət Qoruğunun yaradılması haqqında

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, səciyyəvi, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Goranboy rayonu inzibati ərazisinin əlavə olunan sxematik planda göstərilmiş 4833,6 hektarlıq sahəsində Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğu yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 01 aprel 2008-ci il.