Karikatura müsabiqəsi keçirilmişdir
01 Aprel 2008, 00:00
Kubanın tanınmış “Dedete” satirik qəzeti beynəlxalq karikatura müsabiqəsi keçirmişdir. Müsabiqənin məqsədi Yer kürəsinin mövcud ekoloji problemlərini karikatura rəsmləri vasitəsilə insanlara çatdırılması olmuşdur. Müsabiqədə 37 ölkədən 300 karikaturaçı rəssam iştirak etmişdir. Azərbaycanı təmsil etmiş Seyran Cəfərli müsabiqənin qalibi seçilmişdir.
O, müsabiqənin əsas mükafatı olan “Qran Premio” ya layiq görülmüş və çəkdiyi karikatura rəsmi “Dedete” qəzetinin ön səhifəsində dərc edilmişdir.
Qeyd edək ki, S.Cəfərli Bakıda nəşr olunan “Karikatura” jurnalının baş redaktorudur.