Magistral avtomobil yolları yaşıllaşdırılır
31 Mart 2008, 00:00
Azərbaycan Respublikası Prezidentinin “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” 2471 nömrəli 30 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə əlaqədar Bakı-Kürdəmir magistral avtomobil yolunun Hacıqabul rayonunun Atbulaq kəndindən rayon mərkəzinə doğru olan hissəsinin 28 kilometrlik ərazisində, yolun sağ və sol tərəflərində mühafizə zolaqlarının yaşıllaşdırılması işləri artıq başa çatmaq üzrədir.
Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 3,5 milyon manat məbləğində vəsait ayrılmışdır. Eyni zamanda, Nazirlik 2 lotdan ibarət tender elan edərək suvarma sistemlərinin qurulması üçün İsrail şirkəti “Semeri” MMC ilə 2700000 manat, dekorativ ağac və kolların alınması üçün isə Bolqarıstan şirkəti olan “Formula Stil” LTD ilə 800000 manat məbləğində müqavilə bağlamışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sözügedən bölgənin coğrafi şəraitini və iqlim xüsusiyyətlərini nəzərə alaraq ərazidə yerli cinslərdən olan ağacların əkilməsini, həmçinin hər bir ağacın dirəklərə bərkidilməsini və suvarma işlərini yekunlaşdırmışdır.
Torpaq hazırlığı, ağacların əkilməsi, onlara dayaqların vurulması, suyun verilməsi və digər işlər daxili imkanlar hesabına, yəni Respublika meşəçilərinin təşəbbüsü ilə həyata keçirilmişdir.
İşlərin gedişi zamanı bəzi problemlərlə də üzləşilir. Belə ki, əkilən ağacların oğurlanması və ərazidəki yaşayış məntəqələrinin sakinləri tərəfindən yaşıllıq zolaqlarına mal-qara buraxılması halları müşahidə olunur ki, bu da əlavə çətinliklər yaradır. Təəssüf ki, bu cür halların qarşısının alınması üçün aidiyyatı orqanların təsirli tədbirləri gözə çarpmır.
Ilk dəfədir ki, Respublikanın magistral avtomobil yollarında bu cür iri həcmli yaşıllıq işləri həyata keçirilir. Bunun Respublika əhəmiyyətli ekoloji tədbir olduğunu nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər bir vətəndaşı yaşıllıqların qorunmasında diqqətli olmağa, onların yararsız vəziyyətə düşməsinə biganə qalmamağa çağırır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti