Meşə yanğını hadisəsi baş vermişdir
30 Mart 2008, 00:00
Son günlər davam edən isti və yağmursuz hava şəraiti ilə müşayiət olunan güclü quru küləklər nəticəsində 26 mart 2008-ci il tarixində saat 14-30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 4 saylı dolayının ərazisində meşə yanğını hadisəsi baş vermişdir.
Hadisə barədə məlumat daxil olduğu andan Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsində yaradılmış yanğınla mübarizə dəstələri, həmçinin, qonşu Xanlar və Gədəbəy MMBM-nin meşə mühafizə xidməti dərhal səfərbər edilərək ərazini nəzarətə götürmüş, yanğının daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün ilkin mübarizə tədbirlərinin həyata keçirilməsini təmin etmişlər.
Yanğın ocağının əsasən yüksək maillikli dağlarda olması, ərazilərdə texnikadan istifadənin mümkünsüzlüyü öncə onun əhatə dairəsinin genişlənməsinin qarşısının alınmasında bir sıra çətinliklər yaratsa da, 27 mart tarixində günün ikinci yarısında yanğın meşə mühafizə xidmətinin, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının və yerli əhalinin iştirakı nəticəsində tam nəzarətə götürülmüş və tamamilə söndürülmüşdür.
Yanğın dərəcəsinə görə aşağı, ötəri və zəif intensivli olmuşdur ki, nəticədə meşəaltı ölü örtük və quru ot örtüyü yanmaqla, seyrəkliklərdə mövcud olan kolluqlara və ucqar ərazilərdəki tör-töküntüyə qismən ziyan dəymişdir.
Yanğının səbəblərinin araşdırılması, maddi itkilərin dəqiqləşdirilməsi və müvafiq tədbirlərin görülməsi məqsədi ilə komissiya yaradılaraq müvafiq tapşırıqlar verilmişdir.
Bununla yanaşı, Lerik, Yardımlı, Gədəbəy, Quba, Qusar və İsmayıllı rayonları ərazilərindəki meşə və digər yaşıllıqlarda da müxtəlif intensivli yanğın ocaqları qeydə alınmış və məlumat daxil olduğu andan müəssisələrdə yaradılmış yanğınla mübarizə dəstələri dərhal səfərbər edilərək hadisə yerini nəzarətə almış, yanğının daha geniş ərazilərə yayılmasının qarşısının alınması üçün ilkin mübarizə tədbirləri həyata keçirilmişdir. İlkin araşdırmalar göstərir ki, hadisələr bütün hallarda meşəətrafı ərazilərdə vətəndaşların odla ehtiyatsızlığı üzündən baş vermişdir.
Respublika ərazisində havaların isti keçdiyini və bununla əlaqədar olaraq yanğın təhlükəsinin daim mövcud olduğunu nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları təbiətdə olarkən odla ehtiyatlı davranmağa, torpaqqoruyucu, susaxlayıcı xüsusiyyətlərə malik meşələrimizi qorumağa çağırır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidməti