Hasara alınmış yaşıllıq ərazi nəzarətə götürülüb
18 Mart 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən 17 mart 2008-ci il tarixdə Nərimanov rayonu, A.Qayıbov küçəsi, 10 ünvanında yerləşən Bakı Məişət Kondisionerləri ASC-nin qarşısında təxminən 60x50 m ölçüdə yaşıllıq ərazinin naməlum şəxslər tərəfindən mişar daşı ilə hasara alınması faktı müəyyən olunmuşdur.
Əraziyə baxış zamanı təqribən 250-300 m2 ölçüdə ot (qazon) və Respublika ərazisində yeganə tarixi nümunə olan, qarşısında xüsusi lövhə qoyulmuş 1 ədəd Yapon daş palıdı, Yapon zoğalı və 4 ədəd palma ağacı olmaqla, cəmi 43 ədəd çoxillik şam, küknar, Şərq çinarı və müxtəlif xarici ölkələrdən gətirilmiş 18 ədəd həmişəyaşıl bəzək bitkilərinin mövcud olduğu məlum olub.
Qanun pozuntusu ilə əlaqədar müvafiq sənədləşmə işləri aparılaraq 016562 saylı akt tərtib olunmuşdur. Eyni zamanda, aidiyyəti İcra Hakimiyyəti və hüquq mühafizə orqanlarına faktla bağlı məlumat verilmiş, cavabdeh şəxslərin tapılması və ərazinin əvvəlki vəziyyətinin bərpa olunması məqsədi ilə müraciətlər göndərilmişdir. Ərazi Nazirliyin müvafiq qurumu tərəfindən nəzarətə götürülmüşdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti