Xəbərlər

Tullantıların səmərəli idarə olunması ilə əlaqədar reydlər davam etdirilir

12 Mart 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərinin inzibati rayonlarında tullantıların səmərəli idarə olunması ilə əlaqədar mütəmadi reydlər davam etdirilir. Reydlər, əsasən, səhər, axşam və gecə saatlarında keçirilir.
2008-ci il fevral ayının son ongünlüyündə keçirilən reydlər zamanı tullantıların çeşidlənmə, emal olunma qaydalarına əməl edilmədiyi və onların qarışıq halda yandırıldığı faktları məlum olmuşdur. Göstərilən müddətdə sənaye və məişət tullantılarının qanunsuz qalaqlanması və yandırılması faktları ilə əlaqədar 33 protokol və 23 akt tərtib olunmuşdur. Aşkar olunmuş qanun pozuntularının hər biri üzrə Departament tərəfindən qanunamüvafiq tədbirlər həyata keçirilmiş, inzibati xəta törətmiş şəxslərə qarşı iddialar qaldırılmış və cərimə sanksiyaları tətbiq edilmişdir. Eyni zamanda, əlaqədar təşkilatlara xəbərdarlıq məktubları göndərilərək İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklər, həmçinin tullantıların qalaqlanması və yandırılmasının qarşısının alınması barədə tapşırıqlar verilmişdir.
Departament tərəfindən reydlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti