Xəbərlər

Qanunsuz qum daşınması faktı ilə əlaqədar 21 yük avtomaşını saxlanılmışdır

10 Mart 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən “Yerin təki haqqında” qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətinə nəzarət məqsədilə dəniz sahili boyunca qumsal ərazilərdə mütəmadi reydlər davam etdirilir.
Nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti Qaradağ rayon Dövlət Polis Şöbəsinin əməkdaşları ilə birgə Bakı-Astara yolunun müəyyən ərazilərində baxış-nəzarət məqsədi ilə reydlər keçirir.
Aparılan reydlər zamanı qanunsuz qum daşınması faktı ilə əlaqədar 21 yük avtomaşını saxlanılmış, müvafiq sənədləşmə işləri aparılmış və barələrində qanunvericiliyə uyğun tədbirlər həyata keçirilmişdir. Tərtib olunmuş fakt və protokollara görə hər bir sürücüyə qarşı iddia qaldırılmış və cərimə sanksiyası tətbiq olunmuşdur. Reydlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti