Nazirliyin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi iki ay ərzində 17 akt və 8 protokol tərtib edib
03 Mart 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Qusar, Quba, Xaçmaz, Dəvəçi, Siyəzən) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək 2008-ci ilin yanvar və fevral ayları ərzində 17 akt və 8 protokol tərtib etmişdir.
Atmosfer havasının mühafizəsi sahəsində 1 akt və 1 protokol tərtib edilmiş, 1 məcburi göstəriş verilmiş, 2 nəfər tərəfindən isə 71,5 manat ödənilmişdir. Müəssisə və təşkilatlara 390 manat məbləğində məcburi ödəmə hesablanmışdır.
Su mühafizəsi sahəsində müəssisə və təşkilatlara 245 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 12 akt tərtib edilmiş, 12 məcburi göstəriş verilmişdir. 1 nəfər tərəfindən keçən ildən qalan 22 manat cərimə, 1 müəssisə tərəfindən isə 420 manat iddia ödənilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 1 nəfər tərəfindən keçən ildən qalan 11 manat ödənilmişdir. 1 müəssisəyə qarşı 50 manat məbləğində ödəmə hesablanmış və ödənilmişdir.
Floranın mühafizəsi sahəsində 4 akt və 3 protokol tərtib edilmiş, 3 nəfər 2062,5 manat məbləğində cərimə olunmuş, 4 nəfərə qarşı 227,3 manat məbləğində iddia qaldırılmışdır. 5 nəfər tərəfindən keçən ilin qalıqları ilə birlikdə 160,4 manat ödənilmiş, 2 iş isə tədbir görülmək üçün məhkəmə orqanlarına göndərilmişdir.
Faunanın mühafizəsi sahəsində 5 protokol tərtib edilmiş, 5 nəfər isə 5533 manat məbləğində cərimə edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti