4 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi araşdırmaları davam etdirir
06 Mart 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları 2008-ci ilin yanvar və fevral ayları ərzində Sumqayıt şəhərində ətraf mühitin mühafizəsinə nəzarət məqsədilə keçirdikləri reydlər zamanı bir sıra qanun pozuntuları aşkar etmişlər.
Reydlər zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri 8-ci mikrorayonda yerləşən 7 nömrəli uşaq bağçası ilə 18 nömrəli məktəbin arasındakı ərazidə tullantıların qalaqlanaraq yandırılması faktı aşkarlanmışdır.
Məişət tullantılarının idarə olunması vəziyyəti üzrə monitorinq qrupları tərəfindən xidməti ərazidə aşkar olunmuş qanun pozuntusu faktları üzrə müvafiq müşahidə aktları tərtib olunmuşdur.
2008-ci ilin yanvar və fevral ayları ərzində Sumqayıt şəhərindəki sənaye müəssisələrinin axıntı sularından və stasionar çirkləndirmə mənbələrindən 176 nümunə götürülərək analiz olunmuşdur. Açıq su hövzəsini çirkləndirən mənbələrin “Sintez Kauçuk”, “Səthi Aktiv Maddələr”, “Etilen Polietilen” zavodları, “Üzvi Sintez” zavodunun 65 saylı təmizləyici qurğular sexi və “Su Kanal” ASC olduğu müəyyənləşdirilmişdir. Analizlərin nəticələri ödənc tətbiqi üçün qəbul edilmişdir.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin məktubu əsasında Nazirliyin nümayəndəsinin iştirakı ilə Abşeron rayonu ərazisindəki “Piramida N” MMC və “Həsənoğlu” LTD müəssisələrində ekoloji araşdırmalar aparılmışdır. Həmin müəssisələrdə aşkar olunan ekoloji nöqsanlar üzrə müəssisə rəhbərlərinə icra üçün konkret tələblərdən ibarət “məcburi göstəriş”lər verilmişdir.
Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazisində “Ceyhun-89” firmasına məxsus ərazidə torpağın təyinatına uyğun istifadə edilmədiyi, dövlət ekoloji ekspertiza rəyi olmadan şirniyyat sexinin yaradılması faktı aşkar edilmiş və bununla bağlı firmanın rəhbərliyinə konkret tələblərdən ibarət icra üçün “məcburi göstəriş” verilmiş, o cümlədən Sumqayıt şəhər İcra Hakimiyyətinə rəsmi müraciət olunmuşdur.
Sumqayıt şəhər 15-ci məhəllə ərazisində, 5 saylı yataqxananın ətrafında məişət tullantılarının idarə olunmaması və qalaqlanması faktı şöbə əməkdaşları tərəfindən sənədləşdirilmişdir. Faktla bağlı cavabdeh şəxsə protokol tərtib olunaraq, onun 550 manat məbləğində inzibati qaydada cərimələnməsi barədə qərar çıxarılmışdır.
Fevral ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayətlə bağlı, şikayətçinin iştirakı ilə Sumqayıt inzibati rayonunun “Yaşıl dərə” sahəsində araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, aidiyyatı qurumlar tərəfindən əməli tədbirlər görülmədiyindən çoxsaylı torpaq sahələrinin tutulması, yaşıllıqların məhv edilməsi faktlarına yol verilmişdir. Aşkar olunmuş faktlar sənədləşdirilərək, lazımi tədbirlərin görülməsi məqsədi ilə ETSN-ya təqdim olunmuşdur. Hazırda Nazirlik tərəfindən ərazidə qanun pozuntuları ilə əlaqədar tədbir görülməsi üçün müvafiq sənədləşmə işləri aparılır.
Xırdalan şəhəri, H.Əliyev küçəsi 1 ünvanında fəaliyyət göstərən “Binəqədi Oyl Komponi” şirkətinə məxsus 132101 saylı neftçıxarma quyusundan neftli lay sularının ətraf əraziyə axıdılması faktı üzrə araşdırma aparılmış və şirkətin rəhbərliyinə icra üçün konkret tələblərdən ibarət “məcburi göstəriş” verilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti