Xəbərlər

Sabirabad və İmişli rayonlarında 12 ədəd modul tipli su təmizləyici qurğulara baxış keçirilmişdir

22 Fevral 2008, 00:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2007”“ci il 20 iyun tarixində təsdiq olunmuş "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" 2245 N”“li Sərəncamda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
Qeyd olunan Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli təmizləyici qurğuların quraşdırılması hesabına 161,5 min kənd əhalisinə verilən su Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənəcəkdir. İlkin olaraq 8 rayonda (Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala) 50 yaşayış məntəqəsinin keyfiyyətli su təminatı məhdud olan və içməli sudan əziyyət çəkən 55 mindən çox əhalisinin içməli su ilə təmin olunması üzrə görülən işlər yekunlaşmışdır.
Ölkəyə gətirilmiş modul tipli su təmizləyici qurğular İtaliya, ABŞ, Almaniya, Belçika istehsalı olan avadanlıqlardan ibarətdir və Türkiyədə modulda komplektləşdirilmişdir. Qurğuların 40 ədədi gündə 20 m3, 10 ədədi isə gündə 30 m3 su təmizləmə gücünə malikdir.
Qeyd olunan 50 kənddə quraşdırılmış su təmizləyici qurğular Türkiyədə istehsal olunmuş 3000 metrdən çox boru kəmərləri vasitəsi ilə su mənbələrinə qoşulmuşdur. Bu kəndlərdə təmizləyici qurğulardan su paylayıcı bulaqlara qədər olan 168 460 metr boru xəttinin çəkilişi qurtarmışdır. Kəndlərdə 404 su paylayıcı bulaqların tikintisi başa çatdırılmış və bulaqlar üzlüklə üzlənmişdir.
2008-ci il 22 fevral tarixində Sabirabad rayonunun Əlicanlı, Qaralar, Cüdəcühür, Qasımbəyli, Muradbəyli, Surra, İmişli rayonunun isə Qaradonlu, Qaradaşlı, Xoşçobanlı, Xubyarlı, Göbəktala, Cavadxanlı kəndlərində yeni quraşdırılmış 12 ədəd modul tipli su təmizləyici qurğulara baxış keçirilmişdir. Quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Sabirabad rayonunun sözügedən kəndlərinin 6565 nəfər əhalisi 52 bulaq, İmişli rayonunun 7493 nəfər əhalisi isə 47 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti