6 və 7 nömrəli Pirşağı stansiyalarında quraşdırılmış modul tipli bioloji təmizləyici qurğulara baxış keçirilmişdir
08 Fevral 2008, 00:00
Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 2007-ci il 20 iyun tarixli 2244 nömrəli “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli təmizləyici qurğular alınaraq Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan və Pirşağı qəsəbələrində quraşdırılmışdır.
2008-ci il 8 fevral tarixdə Pirşağı qəsəbəsində Şor göldən çəkilmiş xəttə qəsəbədən və H.Əliyev adına NEZ-in istehsalat evindən müdaxilə edilən məişət-fekal mənşəli tullantı suların təmizlənməsi məqsədilə 6 saylı, Qızılnohur gölündən çəkilmiş xəttə qəsəbədən axıdılan çirkab suların təmizlənməsi məqsədilə 7 saylı Pirşağı stansiyalarında hər birinin gücü 350 m3/gün olan quraşdırılmış modul tipli bioloji təmizləyici qurğulara baxış keçirilmişdir.
Qurğuların hazırlanmasında istifadə olunan avadanlıqlar ABŞ, Almaniya, Fransa, Tayvan, Türkiyədə istehsal olunmuş və Türkiyədə modulda komplektləşdirilmişdir.
Xəzər Dənizinin Ekoloji Mühitinin Mühafizəsi Sisteminin yaradılmasında məqsəd Xəzər akvatoriyasına axıdılan çirkab suların yol verilən qatılıq həddinə qədər (YVQH) təmizlənməsi, dəniz sularının çirklənmədən azad olunması və mikrobioloji vəziyyətin normaya gətirilməsidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti