Qanunsuz ov etdiklərinə görə vətəndaşlardan 5 ədəd 12 kalibrli ov tüfəngi müsadirə edilmişdir
12 Fevral 2008, 00:00
08 fevral 2008-ci il tarixdə, saat 17:15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Qaynar xətt” vasitəsilə Mərdəkan-Buzovna qəsəbələri ərazisində yerləşən “Marian Biç” çimərliyinin sahilində ördək və qu quşlarının kütləvi surətdə ovlanması ilə əlaqədar daxil olmuş müraciətin, eyni zamanda “Day.Az” informasiya saytında dərc olunmuş analoji məzmunlu yazıda qeyd olunan faktların operativ qaydada müəyyən edilməsi məqsədilə Nazirlik tərəfindən dərhal xüsusi qrup yaradılaraq yerində araşdırma aparılmışdır.
Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları 09 fevral 2008-ci il, səhər saat 800-dan başlayaraq “Marian Biç” çimərliyinin ətraf ərazilərinə yerində baxış keçirərkən, ov tüfəngi ilə atılmış xeyli sayda boş gilizlər müəyyən etmiş, lakin hər hansı quş cəsədi və ya onun qalıqlarını müşahidə etməmişlər. Güman etmək olar ki, onlar ərazidə dolaşan və ətrafda yerləşən bağ massivlərinə məxsus itlər tərəfindən yeyilmişdir.
Ərazidə qanunsuz ov hallarının qarşısının alınması məqsədilə mütəmadi növbətçilik rejimi yaradılmışdır.
09 fevral 2008-ci il tarixdə Nazirliyin əməkdaşları Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsinin dəniz sahilində reyd keçirərkən, axşam saat 4 radələrində Bakı şəhər sakini E.Ağayevin qanunsuz ov etdiyini müəyyən edərək saxlamış və ona məxsus 1 ədəd 12 kalibrli ikilüləli “İJ 33” markalı yivsiz ov tüfəngi və 5 ədəd patron götürərək müvafiq akt və protokol tərtib etmişlər.
10 fevral 2008-ci il tarixdə keçirilən növbəti reyd zamanı isə Bakı şəhər sakinləri V.Əliyev, F.İbadullayev, A.Qardaşov və Z.Məmmədov Mərdəkan qəsəbəsində dəniz sahilində qanunsuz ov edərkən saxlanılmışlar.
Qanun pozucularından 1 ədəd 12 kalibrli yivsiz ikilüləli, 3 ədəd 12 kalibrli yivsiz birlüləli ov tüfəngi və onlara məxsus sənədlər qanunvericiliyə müvafiq tədbir görülməsi üçün götürülmüş, akt və protokol tərtib edilmişdir.
Qanun pozucuları barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati tənbeh tədbirlərinin görülməsi, qanunsuz ov halları aşkar edilmiş ərazidə mühafizə tədbirlərinin davam etdirilməsi istiqamətində Nazirlik tərəfindən müvafiq işlər həyata keçirilir.
Bir daha əhalinin nəzərinə çatdırırıq ki, 2005-ci ildən etibarən quş qripi xəstəliyinin profilaktikası ilə əlaqədar ölkə ərazisində quş ovuna müddətsiz qadağa qoyulmuşdur.
Eyni zamanda, Nazirlik vətəndaşlardan rica edir ki, hazırda miqrasiya dövrü ilə əlaqədar soyuq diyarlardan ölkəmizə pənah gətirmiş zəif və köməksiz quşların hər hansı şəkildə ovlanmasına yol verməsinlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti