Xəbərlər

Aşqabad şəhərində Xəzər dənizinin su bioresursları Komissiyasının 28-ci iclası keçirilib

05 Fevral 2008, 00:00

Yanvarın 28”“dən fevralın”“2-dək Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzər dənizinin su bioresursları Komissiyasının 28-ci iclası keçirilmişdir. İclasda Azərbaycan tərəfini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioresursların Mühafizəsi və Artırılması Departamentinin mütəxəssislərindən ibarət nümayəndə heyəti təmsil etmişdir.
Konfransın iclaslarında 5 məsələ gündəliyə salınmış və müzakirə olunmuşdur:
”¢ Xəzərətrafı dövlətlərin balıq ovu kvotasının mənimsənilməsi, su bioresurslarının artırılması və mühafizəsi haqqında hesabat,
”¢ Komissiyanın 27-ci iclasında tərəflərin qəbul etdiyi öhdəliklərin yerinə yetririlməsi barədə məlumat,
”¢ Tərəflərin bioresursların vəziyyətinin öyrənilməsi üzrə keçirdikləri elmi-tədqiqat ekspedisiyaları haqqında hesabat,
”¢ 2008-ci il üçün Xəzər dənizində nərəcinsli balıqların ümumi ov həddi və onun Milli kvotalara bölünməsini təyin etmək,
”¢ Ümumi məsələlər
Birinci üç məsələ dinlənilərək qəbul edilmiş və qeyd olunmuşdur ki, balıq ehtiyatlarının artırılmasında, elmi-tədqiqat işlərinin aparılmasında tapşırıq və proqnozlar yerinə yetirilmiş, su bioresurslarının mühafizəsində müsbət dönüş yaranmışdır.
4 günlük müzakirələr nəticəsində 2008-ci il üçün bütün dəniz üzrə nərəcinsli balıqların ümumi ov həcminin həddi 1061,02 ton (2007-ci ilə nisbətən 10 ton az) qəbul edilmişdir.
Azərbaycan 90, Qazaxıstan 182,5, İran 440, Rusiya 286,5, Türkmənistan 62,02 ton olmaqla Milli ov kvotaları Xəzərətrafı ölkələr arasında bölüşdürülmüşdür. İrandan başqa (10 ton az), qalan ölkələrin ov kvotası 2007-ci ilin səviyyəsində saxlanılmışdır. Eyni zamanda ölkələr arasında ixrac qara kürü kvotaları da müəyyənləşdirilmişdir.
2008-ci il ixrac qara kürü kvotaları Azərbaycan 6660, Qazaxıstan 13270, İran 42200, Rusiya 24200, Türkmənistan 5057 kiloqram miqdarında olmaqla CİTES Konvensiyasının Katibliyinə təsdiq edilmək üçün göndərilmişdir:
İclasda ümumi ov kvotasının Xəzərətrafı ölkələr arasında bölünməsi mexanizminin yenidən işlənməsi üzrə Işçi Qrup yaradılmışdır.
Xəzər dənizinin su bioresursları Komissiyasının 29-cu islasının cari ilin noyabr ayının II yarısında Aşqabadda keçirilməsi qərara alınmışdır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti