5 ədəd özüyükləyən texnika qanunsuz olaraq qum istismarı ilə məşğul olduğu yerdə saxlanılıb
11 Fevral 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Qaradağ rayon Polis Idarəsinin nümayəndələri ilə birgə “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması vəziyyətinə nəzarət məqsədilə rayonun dəniz sahiliboyu ərazilərində və digər qumsal sahələrdə mütəmadi reydlər həyata keçirilir.
24 yanvar 2008-ci il tarixdə Qaradağ rayonunun Şıxlar qum yatağı ərazisində keçirilən növbəti reyd zamanı yerin təkindən istifadə qaydalarının pozulması faktı aşkar edilmişdir.
Baxış zamanı Şıxlar kəndi ərazisindəki keçmiş “Şıxlar Qum zavodu”na məxsus qumsal sahədə 2 ədəd KATO və KON markalı ekskavator və 1 ədəd Draqlayn - cəmi 5 ədəd özüyükləyən texnika qanunsuz olaraq qum istismarı ilə məşğul olduğu yerdə saxlanmış, müvafiq sənədləşmə işləri aparılaraq saxlanılan texnikalardan 2 ədəd rezin təkərli KON akt əsasında 11-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilmiş, qalanları isə tırtıllı olduğundan hərəkətlərinin məhdudluğu nəzərə alınaraq ərazidən çıxarılmışdır.
Eyni zamanda, M.İsayev və Ə.Məmmədovun idarə etdikləri KAMAZ markalı avtomaşınların yük hissəsində qanunsuz qum aşkar olunaraq müvafiq sənədləşmə işləri aparılmışdır.
Aparılan ölçmələr nəticəsində 10687,5 m3 qumun qanunsuz istismar olunduğu və təbiətə 58781 manat 25 qəpik ziyanın dəydiyi müəyyən edilmişdir.
Hazırda adıçəkilən ərazilərdə qanun pozuntularının qarşısını almaq məqsədilə müvafiq tədbirlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti