201 sаylı оrtа məktəbdə “Ətraf aləm və mən” mövzusunda seminar məşğələ keçirilmişdir
21 Fevral 2008, 00:00
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər Kompleks Tədbirlər Planı”nın 6.3 bəndinin icrası olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 21 fevral 2008-ci il tarixdə 201 sаylı оrtа məktəbdə “Ətraf aləm və mən” mövzusunda seminar məşğələ keçirmişlər.
Məktəbin şagird heyəti Azərbaycanda mövcud olan ekoloji problemlər barədə məruzələr edərək, səhnəciklər göstərmişlər.
Tədbirin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbiəti Mühafizə Siyasəti şöbəsinin əməkdaşı A.İsgəndərov ölkəmizdəki ekoloji problemlərdən, Nazirliyin bu sahədə gördüyü işlərdən, transsərhəd çirklənməyə məruz qalan su hövzələri, ölkədə aparılan ekoloji siyasətin əsas istiqamətlərindən söhbət açaraq, Respublikamızda onsuz da az olan içməli su mənbələrimizin hər hansı çirklənməyə yol verməməyin vacibliyi və ətraf mühitin mühafizəsinə yönəldilmiş tədbirlərdə gənclərin rolunu xüsusi qeyd edərək, gəncləri bu işdə daha çox fəallıq göstərməyə çağırmışdır.
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi, ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji problemlərin müzakirəsi, ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması, təbiətdən davamlı istifadənin təmin olunması məqsədilə gələcəkdə də bir sıra məktəblərdə müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Ekоlоgiyа və Təbii Sərvətlər Nаzirliyinin
Mətbuаt Ð¥idməti