Xəbərlər

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi 2007”“ci il ərzində 1367 monitorinq keçirmişdir

10 Yanvar 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi 2007-ci ildə illik iş planına müvafiq Xəzər dənizinin Azərbaycan sektorunda, 955,08 km”“lik sahil zolağında (şimaldan”“cənubadək), çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. 1367 monitorinq keçirərək, götürülmüş 3918 su və qrunt nümunələri üzərində 27335 kimyəvi, bioloji və ekotoksikoloji təhlillər aparmış və idarənin əməkdaşları əvvəldən təyin edilmiş koordinatlar üzrə açıq dənizdə təşkil edilmiş 6 ekspedisiyada iştirak etmişdir.
Keçirilən monitirinqlər zamanı Xəzər dənizi ilə əlaqəsi olan 341 axar qeydə alınmışdır ki, onlardan 310-u sahildən, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə antropogen təsir göstərir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişi ilə Sumqayıt”“Pirallahı sahil zolağı boyu 61 km”“lik məsafədə Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə 5 ədəd modul tipli lokal təmizləyici qurğu quraşdırılaraq istismara verilmişdir. Eyni zamanda, daha 2 ədəd belə qurğunun inşası başa çatdırılmış, 1 ədəd isə inşa edilir. İstismara verilmiş qurğulara monitorinq nəzarəti Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən vaxtaşırı həyata keçirilir, qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində mütəmadi təhlillər aparılaraq onların keyfiyyət göstəriciləri haqqında məlumatlar Nazirliyin aidiyyatı qurumlarına təqdim olunur.
Bakının Bilgəh, Buzovna, Mərdəkan və Pirallahı qəsəbələrində dənizə axıdılan çirkab suların qarşısının alınması məqsədi ilə modul tipli lokal təmizləyici qurğuların quraşdırılması, eləcə də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı»nın müvafiq bəndlərinin yerinə yetirilməsi (Beynəlxalq Hava Limanı yerləşən ərazinin monitorinqi və layihələndirilməsi, Abşeron yarımadasında mövcud göllərin monitorinqi və s.), rayonlarda içməli suyun keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqədar götürülən nümunələr üzərində təhlillər aparılaraq onların keyfiyyət göstəriciləri haqqında məlumatlar aidiyyatı qurumlara təqdim olunmuşdur.
Araşdırmalar zamanı istirahət zonası və çimərlik əraziləri ilə zəngin olan sahil zolaqlarında mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin olmaması, eləcə də formalaşan tullantıların (maye, qaz, bərk və s.) idarə edilməməsi müşahidə edilmiş və sözügedən ərazilərdə ekoloji normalara riayət olunmaması səbəbindən Xəzər dənizi çirklənməklə yanaşı, sahil zolağında yüzlərlə hektar ərazinin bataqlıqlaşması, bəzi ərazilərdə qeydə alınmış qeyri-qanuni zibilxanaların isə sahəsinin genişlənməsi müşahidə edilmişdir.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olmuşdur ki, qaynar nöqtə kimi qeydə alınmış Hövsan və 32 saylı kanallar vasitəsi ilə çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən Bakı ərazisindən Xəzər dənizinə axıdılmaqdadır. Müəssisələrin istehsalat dairələrində neft tərkibli şlamların uzun illərdən bəri üst-üstə yığılaraq qalması, yüzlərlə süni çirkab gölməçələrin və çoxsaylı kiçik həcmli zibilxanaların ləğv edilməsi istiqamətində aparılan tədbirlərə baxmayaraq, bir çox yerlərdə problemlər qalmaqdadır. Dənizdə fəaliyyət göstərən müəssisələrin balansında olan fərdi özüllərin əksəriyyəti istismara yararsız vəziyyətdə dəniz akvatoriyasına atılaraq qalmaqdadır. Ekoloji tarazlığın ən çox pozulma halları "Neft Daşları" rayonunda, "Bibi-Heybətneft", "Abşeronneft", "28 May", "Qum adası" Neft-Qaz Çıxarma İdarələrinin istehsalat dairələrində qeydə alınmışdır.
Dəniz obyektlərində əsas problemlərdən biri də aşağı təzyiqli səmt qazlarının atmosferə atılmasıdır. Qeyd etmək lazımdır ki, idarənin fəaliyyəti nəticəsində ötən illə müqayisədə dəniz obyektlərindən atmosferə atılan səmt qazının miqdarı azalmışdır. Belə ki, "28 May" NQÇİ-dən və Azəri Çıraq Günəşli yataqlarından atmosferə gün ərzində milyonlarla kub metr səmt qazı atıldığı halda, cari ildə bu göstərici iki dəfə azalaraq məqsədyönlü istifadəyə yönəldilmişdir. Analoji hal "Neft Daşları", Ə.Əmirov adına NQÇİ-lərdə də qeydə alınmışdır.
"Azneft" İstehsalat Birliyinin obyektlərində keçirilən monitorinqlər zamanı ötən illər qeydə alınmış problemlərin həlli istiqamətində bəzi tədbirlərin görülməsi müşahidə edilmişdir. Qeyd olunan Kompleks Tədbirlər Planı üzrə 2007”“ci il ərzində bir sıra təbiəti mühafizə tədbirləri həyata keçirilmişdir. Belə ki, sahilboyu mədən ərazilərində lay sularının idarə olunması, xüsusilə, Bibi”“Heybət və Balaxanı ərazilərində təmin olunmuşdur. Mədənlərdə quyu ətrafı ərazilər neft məhsullarından təmizlənmiş, bu torpaqların qurudulması üçün bərpa işləri həyata keçirilmişdir. Hal”“hazırda bu istiqamətdə müvafiq tədbirlərin görülməsi davam etdirilir, sahilboyu ərazilərdə fəaliyyət göstərən təmizləyici qurğularda yenidənqurma işləri aparılır. Həmçinin Bakı buxtası və Cilov adası ərazilərində batmış və yarımbatmış gəmilərin, istifadəsiz estakadaların, yanalma körpülərinin və atılıb qalmış dəmir”“beton konstruksiyalarının dənizdən çıxarılma işləri də davam etdirilir. Cilov adasında çirkab suların təmizlənərək dənizə axıdılmasına xidmət edən KU”“200 tipli təmizləyici qurğular cari ilin oktyabr ayında istismara verilmiş, "Suraxanı OİL"in balansında olan istismara yararsız 10”“cu qovşaq adlanan mexaniki təmizləyici qurğunun yenidən tikintisinə başlanmışdır.