Xəbərlər

4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi Il ərzində 243 akt, 112 protokol tərtib edib

14 Yanvar 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi xidməti ərazisində ”“ Qobustan, Abşeron, Sumqayıt və Xızı inzibati rayonlarında yer təkinin, su mühitinin, atmosfer havasının, torpaqların, ətraf mühitin, flora və faunanın mühafizəsi sahəsində fəaliyyət göstərir.
Nazirliyin sözügedən şöbəsi ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyini artırmaq, bu problemlərin yaranmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq monitorinq və reydlər keçirir.
İl ərzində şöbənin əməkdaşları tərəfindən mövcud qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə mütəmadi araşdırmalar aparılmış və bir sıra qanun pozuntuları aşkar edilmişdir.
Aparılan araşdırmalar nəticəsində Sumqayıt şəhəri, 2, 3 və 12”“ci mikrorayonlar, həmçinin "Nəsimi" adına dənizkənarı parkda yaşköküstə ağacların kəsilməsi faktları aşkarlanmışdır. Faktlarla bağlı akt tərtib edilmiş, 19.09.2005”“ci il tarixli, 173 saylı "Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac”“kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması qaydaları haqqında" qərara uyğun olaraq, ağacların qanunsuz qırılması nəticəsində təbiətə vurulmuş ziyanın ödənilməsinə dair iddia qaldırılmışdır.
Xırdalan şəhəri, 28”“ci məhəllə ərazisində də yaşıllıq sahənin hasara alınması, ağacların kəsilməsi faktı aşkarlanmışdır. Cavabdehi tapmaq mümkün olmadığından tərtib edilmiş sənədlər Abşeron rayon Polis Şöbəsinə təqdim olunmuşdur. Ümumilikdə isə qanunsuz ağac kəsintisi faktı ilə əlaqədar göstərilən müddət ərzində 11 nəfər cavabdeh şəxsə 741 manat məbləğində iddia və inzibati cərimə tətbiq edilmişdir.
Abşeron rayonu Bakı-Sumqayıt yolunun 16-cı km-də, yolkənarı yaşıllıq zolaqda 43 ədəd müxtəlif cinsli ağacların kəsilməsi faktı aşkarlanmışdır. Cavabdehi tapmaq mümkün olmadığından tərtib edilmiş sənədlər Abşeron rayon Polis Şöbəsinə təqdim olunmuşdur.
Cari ildə xidməti ərazidə tullantıların idarə olunmasına nəzarət zamanı Qobustan rayonu Mərəzə, Abşeron rayonu Mehdiabad qəsəbələri ərazilərində, Sumqayıt şəhərinin Hacı Zeynalabdin, Corat, İnşaatçılar qəsəbələrində, 1, 2, 9, 10, 11, 12, 18 və 21-ci mikrorayonları ərazilərində, “Nəsimi” adına parkın ərazisində ayrı-ayrı fiziki şəxslər tərəfindən məişət tullantılarının idarə olunmaması və yandırılması faktları aşkar edilərək sənədləşdirilmişdir. Həmin şəxslər inzibati qaydada cərimələnmişdir. Eyni zamanda Sumqayıt şəhər və Abşeron rayonuna məxsus tullantı poliqonlarında məişət tullantılarının yandırılması faktları qeydə alınmışdır. Göstərilənlərlə əlaqədar həmin poliqonlara xidmət edən “ADES” BM və “Frid M” MMC müəssisələrinin cavabdeh şəxsləri inzibati qaydada cərimələnmiş, icra üçün onlara “məcburi göstərişlər” verilmişdir.
Sumqayıt, Abşeron və Xızı rayonları ərazisində qanunsuz qum və çınqıl daşınması faktları üzrə 28 qanunpozan şəxsə 1179 manat, yerin təkindən istifadə qaydalarının pozulması ilə əlaqədar isə 29 nəfər şəxsə 815 manat rnəbləğində iddia və inzibati cərimə tətbiq edilmişdir.
Ümumilikdə, 2007”“ci il ərzində şöbə tərəfindən aparılan araşdırmalar, monitorinq və reydlər nəticəsində 243 akt, 112 protokol tərtib olunmuş, su hövzələrindən 1332, atmosfer havasından 149 analiz götürülərək təhlil edilmişdir. Ətraf mühitə vurulan ziyan müqabilində cavabdeh müəssisələrə və ayrı”“ayrı fiziki şəxslərə qarşı 111606 manat iddia, 9134 manat ödəmə tələbi qaldırılmış, ekoloji qaydaların pozulmasına görə 36 nəfər cavabdeh şəxs 5903 manat məbləğində inzibati qaydada cərimələnmiş, onlara icra üçün konkret tələblərdən ibarət 66 “məcburi göstəriş” verilmişdir. Tədbir görülmək üçün hüquq”“mühafizə orqanlarına 9, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına 14 iş göndərilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti