Hüquqi və fiziki şəxslərə “məcburi göstəriş”lər verilib
16 Yanvar 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən dekabr ayı ərzində mövcud qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Sabunçu rayonu “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin mədən ərazilərində formalaşan neftdən ayrılan lay sularının bir qismi idarənin balansında olan uducu quyulara vurulsa da, digər qismi Ramana kanalı vasitəsilə Xəzər dənizinə axıdılır.
Bununla əlaqədar müəssisənin ətraf mühitin mühafizəsi şöbəsinin rəisi F.Əliyev İnzibati Xətalar Məcəlləsinin 76.1 və 102.0.1 maddələrinə əsasən vəzifəli şəxs qismində cərimələnmişdir.
“Azərtunel” MMC tərəfindən Xətai metrosu yaxınlığında inşa olunan çoxmərtəbəli tikililərin təməlindən çıxan neftlə qarışıq torpaq tullantılarının Günəşli qəsəbəsi AB massivindəki çökək sahəyə atılması faktı müəyyən edilmişdir. Faktla əlaqədar “Azərtunel” MMC İnzibati Xətalar Məcəlləsinin 104.2 və 113.0.1 maddələrinə əsasən hüquqi şəxs qismində cərimələnmişdir.
Binəqədi şossesinin kənarında, Biləcəri bələdiyyəsinin xidməti ərazisində məişət tullantılarının qalaqlanaraq yığılması faktı ilə əlaqədar isə bələdiyyənin sədri İ.Xəlilov İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən vəzifəli şəxs qismində cərimə olunmuşdur.
Nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən xidməti ərazidə keçirilən növbəti reyd zamanı Oğuz rayonu, Kərimli bələdiyyəsinin mülkiyyətinə məxsus “Çərşənbə Baba” ziyarətgahında vətəndaş Ə.Kərimov tərəfindən 63 ədəd müxtəlif cinsli ağacın kəsilməsi faktı aşkarlanmışdır. Faktla əlaqədar həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə əsasən fiziki şəxs qismində cərimələnmişdir.
Nazirliyin əməkdaşları tərəfindən göstərilən çatışmazlıqların aradan qaldırılması məqsədilə sözügedən hüquqi və fiziki şəxslərə “məcburi göstəriş”lər verilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti