Respublikanın çaylarında və tranzit çaylarda mövcud vəziyyət
22 Yanvar 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin tranzit çayların hazırki vəziyyəti haqqında məlumatına görə, Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 87,0 m³/san (ongünlük normanın 55%”“i), Qanıx çayından Mingəçevir su anbarına axım 44 m³/san (ongünlük normanın 66%”“i), Araz çayından Araz su anbarına axım 139 m³/san (ongünlük normanın 100%”“i) təşkil edir.
Respublikanın dağ, o cümlədən Kiçik Qafqaz çaylarında sululuq ongünlük normanın 70”“120 %”“ni, Balakən-Şəki bölgəsi çaylarında normanın 220-240%-ni, Naxçıvan MR çaylarında 90%-ni, Quba-Xaçmaz bölgəsi çaylarında 40-110%-ni və Lənkəran”“Astara bölgəsi çaylarında isə normanın 20”“50%”“ni təşkil edir.
Hazırda Kür çayının aşağı axınında səviyyə Mingəçevir və Araz su anbarlarından buraxılan suyun hesabına tənzimlənir. Kürün aşağı axınında səviyyənin tərəddüdü müşahidə olunur. Kür çayının aşağı axınındakı hazırki səviyyələr 2007”“cı ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 30”“90 sm çoxdur.
Böyük su anbarlarında hazırki vəziyyət belədir: Şəmkir su ambarının hazırki səviyyəsi maksimal layihə səviyyəsindən 6,09 m, Mingəçevir su anbarının səviyyəsi 4,68 m, Araz su anbarının səviyyəsi isə 6,72 m aşağıdır.
2007”“cı ilin müvafiq dövrü ilə müqayisədə Şəmkir su anbarında səviyyə 1,24 m. az, Mingəçevir su anbarında 1,62 m, Araz su anbarında isə 1,30 m çoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti