Nazirliyin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 2007-ci il ərzində 111 akt və 143 protokol tərtib edib
17 Yanvar 2008, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Qusar, Quba, Xaçmaz, Dəvəçi, Siyəzən) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək 2007-ci il ərzində 111 akt və 143 protokol tərtib etmişdir.
Su mühafizəsi sahəsində 16 akt və 3 protokol tərtib edilmiş, 16 məcburi göstəriş verilmişdir. Müəssisə və təşkilatlara 5062 manat məcburi ödəmə hesablanmış və keçən ilin qalıqları ilə birlikdə ödənilən məbləğ 5887,6 manat təşkil etmişdir.
Atmosfer havasının mühafizəsi sahəsində 12 akt və 1 protokol tərtib edilmiş, 8 məcburi göstəriş verilmişdir. Müəssisə və təşkilatlara 4755 manat məcburi ödəmə hesablanmış və keçən ilin qalıqları ilə birlikdə 5483 manatın ödənilməsi təmin edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 15 akt və 38 protokol tərtib edilmiş, 11 məcburi göstəriş verilmişdir. 38 nəfər 1171 manat məbləğində cərimə olunmuş, 11 nəfər tərəfindən isə 229,9 manat ödənilmişdir. 1 təşkilata qarşı 2376 manat, 4 nəfərə qarşı 616 manat məbləğində iddia qaldırılmış, 31 iş isə tədbir görülmək üçün məhkəmə orqanlarına göndərilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 4 akt, 19 protokol tərtib edilmiş, 4 məcburi göstəriş verilmişdir. 19 nəfər 1023 manat məbləğində cərimə olunmuş, 462 manatın ödənilməsi isə təmin edilmişdir. Müəssisə və təşkilatlara qarşı 691 manat məbləğində məcburi ödəmə hesablanmış və keçən ilin qalıqları ilə birgə 705 manat ödənilmiş, 9 iş isə məhkəmə orqanlarına göndərilmişdir.
Floranın mühafizəsi sahəsində 64 akt və 69 protokol tərtib edilmiş, 69 nəfər 2166,5 manat məbləğində cərimə olunmuş, 54 nəfər tərəfindən 1548,4 manat ödənilmişdir. 63 nəfərə qarşı 5602,8 manat məbləğində iddia qaldırılmış və ondan 1917,8 manat ödənilmişdir. 27 iş tədbir görülmək üçün məhkəmə orqanlarına, 2 iş isə prokurorluğa göndərilmişdir.
Faunanın mühafizəsi sahəsində 13 protokol tərtib edilmiş, 13 nəfər 392 manat məbləğində cərimə olunmuş, ondan 336,5 manat ödənilmişdir. Bundan başqa 6 nəfərə qarşı 484 manat məbləğində iddia qaldırılmış, 2 iş isə baxılmaq üçün məhkəmə orqanlarına göndərilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti