Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

05 Fevral 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 200-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-150 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Fevralın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 151 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 45,5 m3/s təşkil edərək ongünlük normanın 66 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Fevralın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Şirvanda 4 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 461 sm (2015-ci il fevralın 05-də 329 sm), Şirvanda 365 sm (2015-ci il fevralın 05-də 181 sm), Salyanda  323 sm (2015-ci il  fevralın 05-də 166 sm), Bankədə 236 sm (2015-ci il fevralın 05-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 200 sm (2015-ci il fevralın 05-də 78 sm) təşkil edir.