Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

01 Fevral 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-180, Kiçik Qafqazın çaylarında 200-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-180 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Fevralın 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 151 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 124 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 46 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Fevralın 01-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Bankədə 1, Şirvanda 10, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 480 sm (2015-ci il fevralın 01-də 343 sm), Şirvanda 365 sm (2015-ci il fevralın 01-də 197 sm), Salyanda 325 sm (2015-ci il fevralın 01-də 187 sm), Bankədə 240 sm (2015-ci il fevralın 01-də 178 sm), Araz çayının Novruzlu məntəqəsində isə 213 sm (2015-ci il fevralın 01-də 101sm) təşkil edir.