Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
29 Yanvar 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-160, Kiçik Qafqazın çaylarında 180-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 116 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 115 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 121 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 45,5 m3/s təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 20 sm artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 486 sm (2015-ci il yanvarın 29-da 348 sm), Şirvanda 375 sm (2015-ci il yanvarın 29-da 215 sm), Salyanda 315 sm (2015-ci il yanvarın 29-da 184 sm), Bankədə 239 sm (2015-ci il yanvarın 29-da 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 218 sm (2015-ci il yanvarın 29-da 98 sm) təşkil edir.