Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

25 Yanvar 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində Lənkəran-Astara bölgəsində yağan intensiv yağış nəticəsində bu ərazidən axan çaylarda suyun səviyyəsində artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 100-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 300-400 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Yanvarın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 120 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla, ongünlük normanın 131 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 48 m3/s təşkil edərək ongünlük normanın 72 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Yanvarın 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 6, Salyanda və Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 440 sm (2015-ci il yanvarın 25-də 362 sm), Şirvanda 327 sm (2015-ci il yanvarın 25-də 227 sm), Salyanda 280 sm (2015-ci il yanvarın 25-də 194 sm), Bankədə 229 sm (2015-ci il yanvarın 25-də 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 183 sm (2015-ci il yanvarın 25-də 109 sm) təşkil edir.