Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov yanvar ayının 29-da Saatlı şəhərində vətəndaşlarla görüşəcək
21 Yanvar 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 29 yanvar 2016-cı il tarixində saat 11:00-da Saatlı şəhərində yerləşən Gənclər Mərkəzində Saatlı, Sabirabad, Hacıqabul və Şirvan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Sabiarabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Sabirabad şəhəri Vidadi küçəsi 3, əlaqə telefonları: 021-23-5-69-25, 050-437-81-66, 055-443-58-86) xahiş olunur.