Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

18 Yanvar 2016, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-210, Kiçik Qafqazın çaylarında 100-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-110 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Yanvarın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 197 m3/s olmaqla ongünlük normanın 123 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 119 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 93 m3/s olmaqla, ongünlük normanın 139 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 60 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Yanvarın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda və Bankədə 2, Salyanda 5 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 443 sm (2015-ci il yanvarın 18-də 378 sm), Şirvanda  325  sm (2015-ci il yanvarın 18-də 253 sm), Salyanda 281 sm (2015-ci il  yanvarın 18-də 237 sm), Bankədə 217 sm (2015-ci il yanvarın 18-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 178 sm (2015-ci il yanvarın 18-də 130 sm) təşkil edir.