Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
28 Oktyabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində əsasən Lənkəran-Astara bölgəsində yağan yağış, oktyabrın 27-də isə yağışın intensiv olması nəticəsində həmin ərazidən axan çaylarda sululuğun artımı qeydə alınmışdır. Belə
ki, oktyabrın 27-də Lənkərançay-Lənkəranda suyun səviyyəsində 40, Lənkərançay-Sifidorda 20, Vəşərüçay-Daştatükdə 35, Viləşçay-Şıxlarda 5 sm artım müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 70-100, Lənkəran-Astara bölgəsi çaylarında 120-280, Naxçıvan MR çaylarında isə ongünlük normanın 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 121 m3/s, ongünlük normanın 73 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 139 m3/s və ongünlük normanın 84 faizini təşkil etmişdir.
Oktyabrın 28-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 104 m3/s olmaqla, ongünlük normanın 113 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 56,0 m3/s təşkil etmiş və ongünlük normanın 61 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktyabrın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Şirvan məntəqəsində 16, Salyanda 11 sm artım, Surrada 1, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 330 sm (2012-ci il oktyabrın 28-də 310 sm), Şirvanda 182 sm (2012-ci il oktyabrın 28-də 162 sm ), Salyanda 130 smz(2012-ci il oktyabrın 28-də 158 sm ), Bankədə 185 sm (2012-ci il oktyabrın 28-də 199 sm), Araz çayının Novruzlu məntəqəsində isə 93 sm (2012-ci il oktyabrın 28-də 90 sm) təşkil edir.