Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
11 Yanvar 2016, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 195-265, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-140 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 120 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 43 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 48 m3/s təşkil edərək ongünlük normanın 72 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Yanvarın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 5 sm artım, Surrada 4, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 460 sm (2015-ci il yanvarın 11-də 388 sm), Şirvanda 355 sm (2015-ci il yanvarın 11-də 237 sm), Salyanda 312 sm (2015-ci il yanvarın 11-də 211 sm), Bankədə 233 sm (2015-ci il yanvarın 11-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2015-ci il yanvarın 11-də 129 sm) təşkil edir.