Xəbərlər

Şikayətlə bağlı araşdırma aparılıb

14 Dekabr 2015, 00:00

     Gəncə şəhər sakini Afət Hüseynova tərəfindən Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına ünvanlanmış şikayət məktubu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırılıb.

     Qeyd edək ki, məktubda şikayətçinin kürəkəni olanŞəmkir Regional Meşə Tingliyi Mərkəzininsabiq sahə rəisi Akif Həbilovun qanunsuz olaraq işdən çıxarılması iddia edilir və onun yenidən işlə təmin olunmasına köməklik göstərilməsixahiş olunur.

     Daxil olmuş şikayətlə bağlı aparılan araşdırma zamanı A.Həbilovun 24 aprel 2013-ci il tarixindən Şəmkir Regional Meşə Tingliyi Mərkəzinin tinglik sahəsinə rəis vəzifəsinə təyin edildiyi, lakin işlədiyi müddətərazində vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyi, tinglik sahəsinə nəzarəti düzgün təşkil etmədiyiüçün Meşələrin İnkişafı Departamenti tərəfindən ona dəfələrlə xəbərdarlıq olunduğu və 30.03.2015-ci il tarixində isə axırıncı xəbərdarlıqla şiddətli töhmətverildiyi müəyyən edilib. Görülən inzibati tədbirlərdən nəticə çıxarmayan sahə rəisinin bundan sonra ümumiyyətlə işə gəlmədiyi aşkar olunub. Buna görə də Şəmkir Regional Meşə Tingliyi Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin yığıncağında A.Həbilovun davamlı olaraq işə gəlməməsi məsələsi müzakirə edilib,əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyi üçün onun işdən azad olunmasına razılıq verildikdənsonraMeşələrin İnkişafı Departamenti tərəfindənonunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Araşdırma zamanı A.Həbilovun Rusiya Federasiyasında yaşadığı aşkarlanıb və onun tutduğu vəzifədən azad olunmasının Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam uyğun olduğu müəyyən edilib.